"Səbail"ə yaxşı oyun göstərdi. Buna baxmayaraq qələbə qolunu vura bildik".

Bunu Offsideplus.az-a açıqlamasında "Qarabağ"ın üzvü Filip Ozobiç deyib.

Xorvatiyalı yarımmüdafiəçi Premyer Liqanın son turunda məğlub etdikləri "Səbail"lə matçı şərh edib:

"Fasilədən sonrakı ilk qarşılaşma idi. Meydanın mərkəzində gərgin mübarizə gedirdi. Rəqibin heyətin təcrübəli futbolçular var. Oyunda üstün idi, amma hücumları tamamlaya bilmirdik. Buna baxmayaraq qələbə qolunu vurmağı bacardıq".

Ozobiç növbəti tur "Neftçi"ni məğlub etmək istədiklərini də bildirib:

"Onlarla matç xüsusi maraqlı olur. Çempionluğa iddialıdırlar. Hazırda aramızda 7 xallıq fərq var. Qələbə qazanıb liderliyimizi daha da möhkəmləndirməyə çalışacağıq. "Neftçi" ilə matçda meydana qalibiyyət üçün çıxacağıq".

İlkin Sultanlı