Futzal üzrə Azərbaycan milli komandası 2020-ci ilə dünya çempionatının elit-raunduna hazırlığı turnirin keçiriləcəyi Xorvatiyanın Osiek şəhərində davam etdirir.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silva “affa.az” saytına müsahibəsində onu narahat edən məqamlara toxunub: “Ciddi problem olmasa da, zədəsi sağalan bəzi oyunçularımız tələblərə tam cavab verimir. Xüsusilə, Vassoranı deyə bilərəm. Komanda fiziki baxımdan turnirə 70-80 faiz hazırdır. Tyaqo da zədədən sonra problemlər yaşadı. Daha bir ciddi məsələ komandaya gec qoşulan Vilela, eləcə də Kardosoya müdafiə və hücumla bağlı tapşırıqları mənimsətməkdir. İlk oyuna qədər lazım olan informasiyanı onlarla bölüşəcəyəm”.
Alesio startda qarşılaçacaqları Xorvatiya millisi haqda da danışıb: “Xorvatların bir neçə oyununu izləmişəm. Hətta Qazaxıstan millisində işlədiyim vaxt – 2017-ci ildə komandam onlarla üz-üzə glib. Düzdür, həmin oyunda qalib gəldik, ancaq Xorvatiya yaxşı kollektiv olduğunu göstərdi. Onlar fərqli oyun sistemində çıxış edirlər”.