Ötən ay “Keşlə” ilə yollarını ayıran Şahin Zəkiyev karyerasını I divizionda davam etdirəcək. 

Offsideplus.az xəbər verir ki, U 21 millimizin üzvü “Səbail 2” ilə razılığa gəlib. Tərəflər mövsümün sonuna qədər müqavilə imzalayıblar.

Qeyd edək ki, Şahin Zəkiyev bu mövsüm “Keşlə” ilə heç bir oyuna çıxmayıb.