Türkiyə millisinin hücumçusu Cenk Tosun klubunu dəyişir. 

Offsideplus.az “NTV Spor”a istinadla xəbər verir ki, müqavilə ilə “Everton”a məxsus olan 28 yaşlı futbolçu hazırda Premyer Liqanın digər təmsilçisi “Kristal Pelas”da tibbi baxışdan keçir. Tibbi müayinə zamanı problem çıxmasa, Cenk mövsümün sonuna qədər icarə ilə həmin klubda oynayacaq.

Qeyd edək ki, cari mövsüm “Everton”da 8 matça çıxan Cenk Tosun 1 qol vurub.