“Keşlə”nin baş məşqçisi Yuri Maksimov “Neftçi”yə 2:3 hesablı məğlubiyyətdən sonra açıqlama verib.

Offsideplus.az xəbər verir ki, o, matçın gedişində Denis Silvanı əvəzləməklə səhv etdiyini etiraf edib:

“Onun yorulduğunu düşündüm. Amma əvəzləməklə səhv etdim. Son dəqiqələrdə qol buraxdıq. Günah məndədi”.

Maksimov bu oyunun “Keşl”də sonuncu oyun ola biləcəyini də söyləyib:

“Ola bilsin ki, bu, mənim sonuncu oyunum idi. Hər birinizə “sağ ol” deyirəm”.