"Qarabağ" klubu İngiltərə futbolu ilə əməkdaşlıq yönündə ilk addımını atıb.

Offsideplus.az xəbər verir ki, son Azərbaycan çempionu "Bornmut"la əməkdaşlığa başlayıb.

Ağdam təmsilçisinin nümayəndə heyəti bu məqsədlə yanvarın 10-da Böyük Britaniyaya yola düşəcək. Səfər zamanı iki klub arasında münasibətlərin inkişaf etdirilməsinə dair memorandum imzalanması planlaşdırılıb.

Əməkdaşlıq sferasına bir neçə sahə daxildir. Tərəflər ilk növbədə qarşılıqlı təcrübə mübadiləsi edəcək. Bura həmçinin futbolçu transferi və "Qarabağ"ın akademiyasında yetişən istedalı yeniyetmə-gənclərin "Bornmut"a göndərilməsi də daxildir.