Riçard Almeyda “Qarabağ”dan ayrıldığını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “sports.kz” saytına müsahibəsində gələcək karyerası barədə danışıb:
"Qarabağ"la müqaviləm bitir. 3-4 ay əvvəl “Astana” klubu ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam vermişik. Menecerim artıq bir neçə klubla danışıqlar aparıb, ancaq hələ qərar verməmişəm. İndi tətildəyəm. Bir neçə gündən sonra qərarımı verəcəm".

Qeyd edək ki, 2019-cu ilin yanvarında “Qarabağ”a keçən Almeydanın müqaviləsi dekabrın 31-ndə bitir. Braziliyalı yarımmüdafiəçi yanvarın 1-dən azad agent statusu daşıyacaq.