“Sabah” yarımmüdafiəçisi ilə yollarını ayırıb.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, Hendrik Eksteynlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib
Cənubi afrikalı futbolçu bu ilin yayında “Sabah”a keçmişdi. O, cari mövsümdə keçirdiyi 16 oyunda (13 Premyer Liqa, 3 ölkə kuboku) 3 qol vurub.