"Mərhələni keçən tərəfin biz olacağına inanıram. Bütün turnirlərdə uğur əldə edək deyə ilk gündən bəri çox çalışırıq".

Bu sözləri Offsideplus.az-a açıqlamasında "Keşlə"nin üzvü Franko Flores deyib. Mərkəz müdafiəçisi cavab matçında "Qarabağ"ın çətinliklə üzləşəcəyini bildirib: "Komandamıza güvənirəm. "Qarabağ" bizi kubokdan kənarlaşdıra bilmək üçün çox əzmkarlıq göstərməli olacaq. Bu futboldur. Burada hər şey mümkündür".

 

Sultan SoY