“UEFA AFFA-ya yüksək etimad göstərir.

Bunda “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşməsinin də rolu oldu. Avropa Liqasının finalı Bakıda keçiriləcək".

Offsideplus.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev AFFA-nın növbəti hesabat konfransıda söyləyib. Konfransı giriş sözü ilə Rövnəq Abullayev açıb. O, federasiyanın son bir ildə gördüyü işlərlə bağlı ümumi məlumat verib:

"Bundan əlavə, ötən ildə yığmamıza yeni baş məşqçi gətirildi. Qurban Qurbanova uğurlar arzulayıram. Keçən ildə xoşagəlməz hallar da oldu. Danışılmış oyunlarla bağlı bir neçə şəxsi ciddi cəzalandırdıq, digərlərini də nəzərdə saxlayırıq. Danışılmış oyunlara qarşı qanun çərçivəsində həmişə mübarizə aparacağıq”.