“Neftçi” bu gün “Buta Qlobal Enerji Tekstil”lə müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, Bakı təmsilçisinin prezidenti Kamran Quliyev “Sarar” şirkətlər şəbəkəsinin tərkinində olan yeni sponsorla bağlı açıqlama verib:

“Müqavilədən öncə qələbə qazanmaq arzusunda idik. Yaxşı ki, bu, xoş təsadüf oldu. "Neftçi"nin tanıtmağa ehtiyac yoxdur: ə n köklü, ən çox azarkeşə malik klubdu.  Tür kiyədə "böyük dördlük" varsa, "Neftçi" həmişə ölkəmizin təmsilçilərimin başında idi.

Bəzi təşkilatlar özləri maraqlıdır ki, bizimlə işbirliyi olsun. "Sarar" markası uzun illərdir Azərbaycanda tanınmış bir brenddir . Türkiyəyə özüm tez-tez gedərkən buna şahid olmuşam. Təbii ki, "Neftçi" hər bri brenddlə işləyə bilməz. Ancaq "Sarar" adına, işinə, səviyyəsinə görə "Neftçi"nin çox yaxşı, uzunmüddətli tərəfdaşı ola bilər. Fürsətdən istifadə edərək bu şirkət təşəkkürümüzü bildirir, "Neftçi" ailəsinə "xoş gəlmisən" deyirik”.

Kamran Quliyev daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Sarar" "Qəbələ"nin də tərəfdaşı idi. Bu iş birliyinin sonu uğursuz oldu. Qorxmursunuz ki, sizin üçün də bu cür olar?

- "Qəbələ"nin son illərdəki  uğurları Azərbaycan futbolu üçün nümunədir . Əsasən də uşaq futbolunda. İnanmaq istəyirəm ki, bu klubun gələcək aqibəti yaxşı olacaq bizim üçün belə aqibət yaşanmaz. Hər halda, "Sarar"ın "Qəbələ"yə faydası çox oldu .

- Sponsor tapmağın yolunu PFL prezidenti Ramin Musayevə də öyrədə bilərsiniz? Çünki o, şirkətlərin tərəfdaş  olmamağından gileylənir, bunda jurnalistləri gühanlandırır...

- Bu, sonuncu imzalanma deyil, gələcəkdə də olacaq. Mən sizin dediklərinizlə razı deyiləm. PFL-in vaxtilə sponsorları olub. Ramin müəllim təcrübəli funksionerdir. Onlara yeni sponsor tapmaqda uğurlar arzulayıram. Bir şeyi də qeyd edim ki, hazırda futbolumuz parlaq dönəm yaşamır, çətinliklər var. Hər dövrün öz göstəriciləri var. Futbolda stabillik formulası yoxdur. Bu dövrdə hər hansı təşkilat futbola dəstək verirsə, bu, yalnız alqışalayqidir. İnanmaq istəyirik ki, "Sarar"ın timasalında futbolumuza dəstək olanlar çox olacaq. Futbol xalqın oyunudur, maraq da sönmür, arta-arta gedir. Bu çətin dönəmlərdə özünü futbola dəstək verən tərəf kimi göstərmək böyük işdir”.

Sultan Soy