"Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisinə dəvət alıb. 

Offsideplus.az xəbər verir ki, 30 yaşlı qolkiper yığma komandasının martın 20-də Bolqarıstanda başlayacaq təlim-məşq toplanışına qoşulacaq. 

Bosniya və Herseqovina martın 23-də səfərdə Bolqarıstan, 4 gün sonra isə Fransada Seneqalla yoxlama oyunu keçirəcək.

Qeyd edək ki, hazırda Bosniya və Herseqovina yığmasını Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki çalışdırır.