"Belə oyunlarda ən çətin məsələ futbolçuları matça kökləmək olur. Fikrimcə, bizdə də bu, pis alınmadı".

Offsideplus.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”a 4:0 hesabı ilə qalib gəldikləri matçda sonra keçirilən mətbuat konfransında deyib:

O, vurduqları ilk qola qədər komandada psixoloji gərginliyin olduğunu da bildirib: “Birinci qoladək bir qədər psixoloji gərginlik var idi. Hesabı açandan sonra işlər qaydasına düşdü, daha çox hücum etməyə başladıq. Bunun da nəticəsində bizi qane edən hesabla qələbə qazandıq".(qol.az)