“Qarabağ” klubunun qapıçısı Asmir Beqoviç qış fasiləsində Ağdam təmsilçisini tərk edəcək.

Offsideplus.az xəbər verir ki, bosniyalı qapıçı müqavilə ilə məxsus olduğu İngiltərənin “Bornmut” klubuna qayıdacaq.

 “Qarabağ”ın qrupda qalacağı qətiləşdiyindən Beqoviçin müqaviləni uzatmamaq qərarı verdiyi qeyd edilir. Bosniyalı qapıçının Azərbaycandan getmək istəməsinə Premyer Liqamızın səviyyəsinin aşağı olması da təsir edib.