FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Offsideplus.az-ın məlumatına görə, Azərbaycan yığması 1177 xalla 114-cü pillədə qərarlaşıb.  Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda 3 pillə geriləyib. 

Geriləməyə səbəb AVRO-2020-nin son seçmə oyunlarında millinin Uelsə Bakıda, Slovakiyaya isə Trnavada 0:2 hesabı ilə uduzmasıdır.  Reytinqin ilk "3-lüy"ü dəyişməz qalıb. Belçika 1765 xalla birinci, Fransa 1733 xalla ikinci, Braziliya isə 1712 xalla üçüncü sıradadır. Türkiyə millisi 3 pillə irəliləyərək 1494 xalla 29-cudur.