Mahir Şükürovun Yunanıstan səfərinin bəzi detalları məlum olub.

Offsideplus.az xəbər verir ki,veteran futbolçu Sportinfo.az saytına verdiyi qalmaqallı müsahibədən sonra Elxan Məmmədova mesaj yazaraq, baş katiblə görüşmək və bəzi məsələləri müzakirə etmək istədiyini bildirib. Bundan sonra AFFA-nın baş katibi millimizin sabiq üzvünü qəbul edib.

Şükürürov görüşdə U-17 ilə Yunanıstana getməyi, eyni zamanda, işlə təmin olunmağını xahiş edib. Baş katib isə keçmiş müdafiəçiyə hələlik yığma ilə səfərə çıxmağı və komandanın çıxışı barədə hesabat hazırlamağı məsləhət görüb. Bakıya qayıtdıqdan sonra isə iş məsələsinə baxılacağını deyib.