AFFA İcraiyyə Komitəsinin dekabrda keçiriləcək toplantısında millimizin baş məşqçisi Nikola Yurçeviç istefaya göndəriləcək.

Offsideplus.az xəbər verir ki, federasiya xorvatiyalı mütəxəssisin işindən narazı qalıb. Yığmamız 24 ildən sonra antirekordu təkrarlayaraq AÇ-2020-nin seçmə mərhələsində 1 xal yığıb.

Artıq menecerlərə yığmamıza baş məşqçi axtarışı ilə bağlı tapşırıq verilib. Yurçeviçin göndəriləcəyini AFFA-ya yaxın olan mətbuatı izlədikdə də əmin olmaq mümkündür. Həm də AFFA-nın baş katibi Elxan Məmmədov öz üzərindən tənqidləri azaltmaq üçün Yurçeviçi qurban verməlidir.

Millimizin yeni baş məşqçisi də əcnəbi olacaq.(sportinfo.az)