“Qarabağ”ın keçmiş futbolçusu Pedro Enrike Bakıya gəlib.

Offsideplus.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Ağdam klubunun Premyer Liqanın 11-ci turunda hazırda “Zirə” ilə keçirilən oyununu stadiondan izləyir.
O, Tofiq Bəhramov adına Respublika stadionunun tirubunasında “Qarabağ”ın zədəli futbolçuları Filip Ozobiç və Dani Kintana ilə birgə oyuna baxır.