Uels yığmasının baş məşqçisi Rayan Giqqz futbolçusu Qaret Beyl haqda danışıb.

Offsideplus.az xəbər verir ki, o, "Real"ın hücumçusunun zədəsinin ciddi olmadığını və qarşıdakı oyunlarda meydana çıxa biləcəyini bildirib.

Qeyd edək ki, 30 yaşlı futbolçunun zədə səbəbindən Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Qalatasaray"la görüşdə oynamayacağı bildirilib.

Xatırladaq ki, Avro-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Bakıda Azərbaycanın qonağı olacaq Uels bundan üç gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.