Azərbaycan çempionatının I divizionunda XVI tura start verilib.

Offsideplus.az ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Liderlər qrupunda qərarlaşan “Binə” “Turan Tovuz”la səfər matçında böyük hesabla uduzub. Aşağı pillələrdə qərarlaşan “Ağsu” və “Sabah” arasında matçda qonaqlar qələbə qazanıb. “Şüvəlan” isə autsayder “Zaqatala” ilə görüşdə xal itirib – 1:1.

“Ağsu” – “Sabah” – 0:1

Məhəmməd Qurbanov, 86

“Turan Tovuz” – “Binə” – 3:0

Kamil Hüseynov, 1-öz qapısına, Rəhman Musayev, 51, Tuqay Alhüseyni, 90+3

“Şüvəlan” – “Zaqatala” – 1:1

Nuqzar Kvirtiya, 45-p. – İsmael Kouame, 61

Mənbə: Apasport.az