Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində "Zirə"ni qəbul edən "Sabah" ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, kapitan Ruslan Abışov sıradan çıxıb.

Qarşılaşmanın 30-cu dəqiqəsində ev sahiblərinin qapısı qarşısında yaşanan bir epizodda zədələnən Abışov həkim müdaxiləsinə baxmayaraq, mübarizəni davam etdirə bilməyib. Nəticədə bir dəqiqə sonra kapitan axsayaraq meydanı tərk edib. Onun əvəzinə meydana Kərim Diniyev daxil olub.