“Turan” futbol klubunun yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, I Divizionda çıxış edən Tovuz təmsilçisi Azərbaycan yığmasının sabiq müdafiəçisi İlham Yadullayevlə anlaşıb.

Bu barədə klubun sosial şəbəkə hesabında məlumat yayılıb. Məlumata görə A kateqoriyalı məqşi ilə artıq rəsmi müqavilə imzalanıb. Gənc mütəxəssis mövsümün sonuna kimi bu komandanı çalışdıracaq.