Bu gün Avro-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçirilir. Offsideplus.az xəbər verir ki, milli komandamız səfərdə Macarıstanla qarşılaşıb. Bakıda bu rəqibinə 1:3 hesabı ilə uduzan yığmamız səfərdən sərfəli nəticə ilə dönməyə çalışıb. Erkən qol buraxan millimiz 90+3-cü dəqiqədə Bəhlul Mustafazadənin təmiz qolu ilə hesabı bərabərləşdirsə də, görüşün hollandiyalı referisi Dennis Yohan qolu qeydə almayıb və oyun macarların qələbəsi ilə başa çatıb - 1:0.

Avro-2020-nin seçmə mərhələsi

E qrupu

20:00. Macarıstan – Azərbaycan 1:0

Qol: M.Korhut, 10
Baş hakim: Dennis Yohan Hiqler (Hollandiya).
Budapeşt. “Qrupama Arena” stadionu.

Heyətlər:

Macarıstan: 1. Peter Qulaçi, 3. Mixay Korxut, 5. Botond Barat, 6. Villi Orban, 7. Balaş Cucak (k), 8. Mate Vida, 9. Adam Şalai, 10. Dominik Soboslay, 14. Qerqö Lovrençiç, 15. Roland Şallai, 20. İstvan Kovats

Azərbaycan: 12. Emil Balayev, 3. Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 21 Pavel Paşayev, 19. Təmkin Xəlilzadə, 2. Qara Qarayev (k), 13. Eddi İsrafilov, 20. Riçard Almeyda, 9. Ağabala Ramazanov, 11. Ramil Şeydayev