İtaliya yığması Roberto Mançininin rəhbərliyi altında müxtəlif turnirlərdə ardıcıl səkkizinci qələbəsini qazanıb. 

Offsideplus.az xəbər verir ki, bununla da milli 1938-ci ildə qeydə alınmış rekordu yeniləməyə yaxınlaşıb. Həmin vaxt Vittorio Potsonun baş məşqçisi olduğu İtaliya dalbadal 9 rəsmi matçda qələbə qazanışdı. Əgər oktyabrın 15-də italiyalılar səfərdə Lİxtenşteyni məğlub etsələr, 81 ildən sonra rekordu təkrarlayacaqlar.

Əlavə edək ki, dünən Yunanıstan üzərindəki 2:0 hesablı qələbədən sonra İtaliya “Avro-2020”nin final mərhələsinə vəsiqə qazanıb.