Bu gün “Keşlə”nin baş məşqçisi Yuri Maksimovun postundan ayrıldığı barədə məlumat yayılıb..
Offsideplus.az xəbər verir ki, bu barədə Futbolinfo.az saytı məlumat yayıb. Həmkarlarımızın iddiasına görə, bu gün ukraynalı mütəxəssis futbolçularla toplantı keçirib və onlarla vidalaşıb. Buna səbəb klubun Müşahidə Şurasının sədri Zaur Axundov onun işlərinə müdaxilələr etməsidir. Bu üzdən də Maksimov istefa vermək məcburiyyətində qalıb. Maksimovun səbr kasasını daşıran isə Axundovun Topaz Premyer Liqasının 17-ci turunda keçirilmiş “Sumqayıt”la ev oyunundan sonra baş məşqçinin fikrini soruşmadan, maraqlanmadan iki gənc oyunçunu – Rafael Məhərrəmli və Əlibəy Məmmədlini əvəzedici komandaya göndərməsi olub. Bütün bunlara görə bu gün komanda üzvləri ilə görüşən Maksimov onlarla vidalaşdıqdan sonra Ukraynaya qayıdacağını açıqlayıb.