Belçika milli komandası AÇ-2020-nin seçmə mərhələsində Şotlandiya yığmasını darmadağın edib – 4:0.

Offsideplus.az xəbər verir ki, sözügedən qarşılaşmada Belçika yığmasının üzvü Kevin de Breyne yeni rekorda imza atıb.

Belə ki, “Mançester Siti”nin şərəfini qoruyan 28 yaşlı yarımmüdafiəçi Şotlandiya millisi ilə oyunda 3 məhsuldar ötürmə və 1 qolla yadda qalıb.

De Breyne Belçika milli komandası tarixində bunu bacaran ilk futbolçu olub. Ona kimi heç bir futbolçu millinin oyununda 3 məhsuldar ötürmə və 1 qolla yadda qalmayıb.(matc.az)