Millimiz bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Offsideplus.az-ın məlumatına görə, yığmamız "Bakcell Arena"da Xorvatiya millisini qəbul edib. Oyun qonaqların üstünlüyü ilə başlayıb. Luka Modriç 11-ci dəqiqədə əllə oyuna görə millimizin qapısına təyin edilən penaltini qola çevirib. Komandamız 71-ci dəqiqədə Təmkin Xəlilovun qolu ilə hesaba tarazlıq gətirib.