“Qarabağ” klubunun yeni transferi Asmir Beqoviçin Bakıya gələcəyi vaxt müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, bosniyalı qapıçı sabah səhər saatlarında paytaxtımızda olacaq.

Xatırladaq ki, Ağdam klubu 32 yaşlı qolkiperi İngiltərə Premyer Liqa təmsilçisi “Bornmut”dan ilin sonuna qədər icarəyə götürüb.(qol.az)