Türkiyə yığmasının futbolçusu Cengiz Ünder yığmanın heyətindən kənarlaşdırılıb. 

Offsideplus.az xəbər verir ki, buna "Roma"nın yarımmüdafiəçisinin məşq zamanı zədələnməsi səbəb olub.

Qeyd edək ki, Türkiyə yığması Avro-2020-nin seçmə mərhələsində sentyabrın 7-i evdə Andorra, 3 gün sonra isə səfərdə Moldova ilə qarşılaşacaq.