"Qarabağ"ın yeni transferi Asmir Beqoviç forma nömrəsini seçib.

Offsideplus.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, bosniyalı qapıçı Ağdam təmsilçisində 1 nömrəli forma ilə mübarizə aparacaq.

Qeyd edək ki, "Qarabağ" 32 yaşlı qolkiperi İngiltərənin “Bornmut” klubundan 4 aylıq icarəyə götürüb.