“Neftçi” klubunun baş məşqçisi Roberto Bordin komandadan gedə bilər.

Offsideplus.az xəbər verir ki, “Apollon” italiyalı mütəxəssisə dəvət göndərməyə hazırlaşır. “Neftçi”dən ayrıldıqdan sonra Kipr klubunun prezidenti Nikos Kirzisin Bordinlə danışıq aparacağı bildirilib.

Xəbərdə Bordinin “Neftçi” ilə 2020-ci ilin iyun ayına qədər müqaviləsinin olduğunu qeyd olunmaqla yanaşı, onun paytaxt klubundan vaxtından əvvəl ayrıla biləcəyi də qeyd olunub.