Avro-2020-nin seçmə mərhələsində Albaniya və Andorra ilə qarşılaşacaq Fransa yığması ciddi itki ilə üzləşib. 

Offsideplus.az xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan Pol Poqba zədələnib. Bu səbəbdən “Mançester Yunayted”in yarımmüdafiəçisi heyətdən çıxarılıb.

Onun əvəzinə “Arsenal”dan Matteo Gunduzi yığmaya dəvət olunub.

Qeyd edək ki, Fransa millisi sentyabrın 7-də Albaniya, 10-da isə Andorra ilə üz-üzə gələcək.