Türkiyənin I Liqasında çıxış edən “Giresunspor”un formasını geyinən Azərbaycan millisini futbolçusu Ozan Can Kökçü Bakı klubuna keçib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi karyerasını Azərbaycan Premyer Liqasında yarışan “Sabah”da davam etdirəcək.

Qeyd edək ki, Kökçü indiyə qədər Azərbaycanın U-21 yığmasının formasını geyinib. O, daha öncə Hollandiyanın “Valveyk” və Türkiyənin “Bursaspor” komandalarında çıxış edib.