Azərbaycan birinci divizionunda 15-ci tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, 2-ci oyun günündə 3 qarşılaşma keçirilib və aşağıdakı nəticələr qeydə alınıb:

23 fevral

“Qaradağ Lökbatan” – “Şüvəlan” 1:2

Qollar: Elvin Adışirinli, 7 – Orxan Səfiyaroğlu, 61, Natiq Kərimi 70-avtoqol

“Sabah” – “Turan Tovuz” 2:2

Qollar: Məhəmməd Qurbanov, 25, Raul Yaqubzadə, 68 – İlqar Hüseynov, 62, Seymur Tağıyev, 86

MOİK – “Ağsu” 2:0

Qollar: Kamil Nurəhmədov, 20, Bəhruz Teymurov, 23

Qeyd edək ki, turnir cədvəlinə 38 xalla "Qaradağ Lökbatan" başçılıq edir, MOİK 26 xalla 2-ci, "Şüvəlan" 25 xalla 3-cüdür.