Fransada keçirilən qadınlar arasında dünya çempionatı sona çatıb.

Offsideplus.az xəbər verir ki, finalda ABŞ və Hollandiya yığmaları qarşılaşıblar. Avropa təmsilçisinə 2:0 hesabı ilə qalib gələn amerikalılar ardıcıl 2-ci dəfə mundialın qalibi olublar.

Onlar 2015-ci ildə Yaponiya seçməsini finalda 5:2 hesabı ilə məğlub edərək, qızıl medallara yiyələnmişdilər.

Qeyd edək ki, bu, ABŞ-ın ümumilikdə 4-cü dünya çempionluğudur. Qadınlar arasında dünya çempionatı 1991-ci ildən keçirilir.