Futbol üzrə Azərbaycan və Makedoniya milli komandaları arasında martın 27-də Türkiyənin Antalya şəhərində keçiriləcək yoldaşlıq oyununun başlama saatı və stadionu dəqiqləşib.

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb.

Qarşılaşma “Mardan” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.