Bosniya və Herseqovinada ötən həftənin rəmzi yığması tərtib olunub.
Offsideplus.az xəbər verir ki, yerli və xarici çempionatlarda çıxış edən futbolçuların son oyunlardakı göstəricilərinə əsasən qurulan “11-lik”də “Qarabağ”ın qapıçısı İbrahim Şehiç də yer alıb.
Azərbaycan Premyer Liqasının XVI turunun “Səbail”lə görüşündə (1:0) qapısını toxunulmaz saxlayan qolkiper rəmzi komandanın qapıçısı olub. Ümumiyyətlə isə heyətə ölkə xaricində forma geyinən 7, yerli klubların 4 futbolçusu düşün.
Şehiçin komandasında müdafiəçilər Oqnen Vranyes (AEK), Ervin Zukanoviç (“Cenoa”), Samir Memişeviç (“Qroninhen”), Darko Todoroviç (“Sloboda”), yarımmüdafiəçilər Qoran Zakariç (“Jelezniçar”), Dino Besiroviç (“Radnik”), Luka Menalo (“Şiroki Briyeq”), Miralem Pyaniç (“Yuventus”), Sanyin Prçiç (“Renn”) də yer alıb. Komandanın hücum xəttində isə Smail Prevlyak (“Mattersburq”) qərarlaşıb.