Millimiz Finlandiyada 3 oyuna çıxacaq

Offsideplus.az xəbər verir ki, 19 yaşadək qızlardan ibarət yığma komandalar arasında Avropa çempionatının elit mərhələsinin 3-cü qrupunun oyunlarının yeri və vaxtı müəyyənləşib.

Azərbaycan yığmasının da yer aldığı bu qrupun qarşılaşmalarına Finlandiya ev sahibliyi edəcək. Millimiz finlərlə birgə, Fransa və Belçikaya qarşı mübarizə aparacaq.

Milli ilk matçında Fransa ilə üz-üzə gələcək.

Avropa çempionatının elit mərhələsi

3-cü qrup

4 aprel

13:30. Fransa - Azərbaycan

Lahti. “Kisapuisto” stadionu.

7 aprel

13:30. Belçika – Azərbaycan

Lahti. “Kisapuisto” stadionu

10 aprel

19:30. Azərbaycan – Finlandiya

Vantaa. İSS stadionu.