"Neftçi" klubu kapitan Ruslan Abışovla yollarını ayırıb.

Offsideplus.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, təcrübəli müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Abışov 2006 - 2012, 2016 - 2019-cu illərdə "Neftçi”nin heyətində 148 oyun keçirib, 13 qol vurub.