“Qarabağ” klubu yarımmüdafiəçisi Miçel Madeyra ilə müqavilənin müddətini uzadıb. 

Offsideplus.az xəbər verir ki, bu yay başa çatan müqavilənin müddəti daha 2 il – 2021-ci ilin iyununa kimi uzadılıb.

Xatırladaq ki, Miçel 2015-ci ildən “Qarabağ”da çıxış edir.

Əlavə edək ki, "Qarabağ"ın bu ispan futbolçu ilə 2 illik yeni müqavilə imzalayacağına dair Qol.az hələ ötən ay xəbər yaymışdı.