Avro-2020-nin seçmə mərhələsi çərçivəsində yığmamızın qonağı olacaq Macarıstan seçməsinin Bakıya gələcəyi tarix müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, macarlar iyunun 6-da, yəni sabah günortadan sonra ölkəmizə yola düşəcək. Onların axşam saatlarında paytatımızda olacağı gözlənilir.

Qeyd edək ki, iyunun 8-də "Bakcell Arena"da keçiriləcək Macarıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə 20:00-da başlayacaq.