“Sabah” heyətinə yeni futbolçu cəlb edib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Cavid Tağıyev bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq.

"Sumqayıt"dan ayrılan 26 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 2 illik müqavilə imzalayıb. O, buna qədər “Turan”, AZAL, “Qarabağ” və “Zirə”nin formasını geyinib.

Qeyd edək ki, Cavid Tağıyev "Sabah"ın yay fasiləsində ilk transferi olub.