Azərbaycan kubokunun finalında bu gün "Qəbələ" və "Sumqayıt" arasında keçiriləcək görüş canlı yayımlanacaq. 

Offsideplus.az xəbər verir ki, həlledici qarşılaşma "CBC Sport" telekanalının canlı efirində olacaq.

Qeyd edək ki, Naxçıvan Şəhər Stadionunda oynanılacaq final görüşü saat 17:00-da başlayacaq.