“Qəbələ” xüsusi qayğısı olan uşaqlara növbəti dəfə diqqət göstərib.

Offsideplus.az Sport24.az-a istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın Daum sindromundan əziyyət çəkən yeniyetmə azarkeşi Rəhman Qədirliyə komandanın ağ rəngli “7 nömrə”li forması hədiyyə olunub.

Bu, Topaz Premyer Liqansının XVI turunun açılış matçında – “Qəbələ” – “Zirə” oyunundan əvvəl baş verib.

R.Qədirliyə formanı kapitan Cavid Hüseynov təqdim edib.