Ruslan Qurbanov növbəti mövsümdən “Səbail”də olmayacaq.

Offsideplus.az xəbər verir ki,  bu barədə futbolçu özü "Facebook" sosial şəbəkəsində açıqlama verib.

Şəxsi səhifəsindən status paylaşan Qurbanov komandadan ayrılacağını bildirib: “Səbail”in bütün əməkdaşlarına keçirdiyim bir il üçün təşəkkür edirəm. Əminliklə deyə bilərəm ki, yeni mövsüm burda olmayacam. Hələlik gipsdən azad olmağa çalışıram və yeni komanda ilə danışıqlar aparıram. “Səbail”ə isə Avrokuboklarda uğurlar arzulayıram. Bu qərarı vermək çətin idi, amma mənim üçün əsas məsələ daimi oynamaqdır”.