Azərbaycan Premyer Liqasının 27-ci turunda keçiriləcək "Keşlə" - "Zirə" oyununun başlama saatı dəyişdirilib. 

Offsideplus.az xəbər verir ki, “Keşlə” Peşəkar Futbol Liqasına ünvanladığı rəsmi məktubda matçın keçiriləcəyi stadionda işıqlandırma sistemində baş verə biləcək nasazıqlar səbəbindən görüşün başlanma saatının 20:00-dan 17:00-a keçirilməsi xahiş olunub.

Bütün bunları və “Zirə”nin razılığını rəhbər tutan PFL görüşün başlanma vaxtının 20:00-dan 17:00-a keçirilməsinə qərar verib.