Birinci Divizion təmsilçisi “Turan Tovuz” heyətini yeni futbolçularla gücləndirib.

Offsideplus.az xəbər verir ki, Tovuz klubu dövrələrarası fasilədə heyətinə 5 yeni futbolçu cəlb edib.

“Turan Tovuz”un yeni oyunçularından biri elita təmsilçisi “Qəbələ”nin üzvü Vüsal Mustafayevdir. Digər futbolçular isə elə digər Birinci Divizion klublarından transfer edilib. Bunlar Rəhman Musayev (MOİK), Elvin Mirzəyev (Binə), İlqar Hüseynov və Elməddin Hüseynzadədir (hər ikisi “Mil-Muğan”).

Qeyd edək ki, “Turan Tovuz” hazırda 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.