AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən "Füzuli" komandasının məşqçisi Xəqani Quliyevi bir il yarışlardan kənarlaşdırıb. 

Offsideplus.az-ın məlumatına görə, Quliyev "FC Baku" ilə matçın 68-ci dəqiqəsində hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırılarkən referiyə qarşı fiziki təzyiq göstərib. 

Görüş başa çatdıqdan sonra isə "Füzuli"inin futbolçusu Habib Məmmədli hakimlər briqadasını təhqir edərək onlara tüpürüb. Buna görə də Məmmədli 6 oyunluq cəzalanıb.