“Səbail” klubunun yeni transferi, ulduz futbolçu Maykl Esyen paytaxt təmsilçisində ilk rəsmi oyununa çıxıb. 

Offsideplus.az xəbər verir ki, Qana millisinin sabiq üzvü Premyer Liqanın 23-cü turun hazırda “Sabah”la keçirilən oyunun 64-cü dəqiqəsində Yevgeni Koçukun əvəzinə meydana daxil olub.

Bununla da, “Çelsi”, “Real” və “Milan” kimi klublarda çıxış etmiş 36 yaşlı yarımmüdafiəçi Topaz Premyer Liqada debüt edib.