"InStat"ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının 22-ci turunun ən yaxşı futbolçusu məlum olub. 

Offsideplus.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirdir.

Fransız oyunçu “Sumqayıt”a qarşı görüşdə 90 dəqiqə meydanda olub və 2 qolla yadda qalıb. Araşdırmalara əsasən Abdullah Zubir turun ən yaxşı indeksə malik futbolçusudur.